İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin Azərbaycana rəsmi səfəri

 

Ölkəmizdə rəsmi səfərdə olan İran İslam Şurası Məclisinin sədri Əli Laricani iyulun 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 2 iyul.- S.  5.