“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali hərbi tədris müəssisələrinin məzunları üçün döş nişanlarının təsis edilməsi və verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 132 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 38-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1322 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali hərbi tədris müəssisələrinin məzunları üçün döş nişanlarının təsis edilməsi və verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 132 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 5, maddə 302) ləğv edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir ay müddətində tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının döş nişanları haqqında Əsasnaməni və həmin döş nişanlarının təsvirini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2011-ci il.

 

Azərbaycan.- 2011.- 3 iyul.- S.  3.