Daxili işlər orqanlarının əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Azərbaycan polisinin peşə bayramı ilə əlaqədar general-polkovnik Ramil Usubov başda olmaqla daxili işlər orqanlarının əməkdaşları iyulun 2-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunmuş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

 

 

Azərbaycan.- 2011.-3 iyul.- S.  5.