Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Beynəlxalq Konqresi öz işini davam etdirir

 

İyulun 2-də Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Beynəlxalq Konqresi öz işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, konqresin ikinci günündə "Cəbr və riyazi məntiq", "Həndəsə və topologiya", "Funksiya nəzəriyyəsi və funksional analiz", "Natamam və adi diferensial tənlik", "Ehtimal nəzəriyyəsi, riyazi statistika və qeyri-səlis sistemlər", "Nəzarət nəzəriyyəsi və optimizasiya", "Riyaziyyatın tarixi və təlim metodları", "Riyazi modelləşdirmə" bölmələri üzrə məruzələr dinlənilmişdir. Konqres iyulun 3-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2011.- 3 iyul.- S.  8.