İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

“İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 18; 2001-ci il, ¹11, maddə 687, ¹12, maddə 731; 2003-cü il, ¹1, maddə 23, 2004-cü il, ¹2, maddə 57, ¹3, maddə 133; 2006-cı il, ¹11, maddə 928; 2007-ci il, ¹1, maddə 4, ¹7, maddə 712; 2010-cu il, ¹7, maddə 591) 12-ci maddəsinin üçüncü hissəsində “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 4.