Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000-ci il, ¹3, I kitab, maddə 126; 2002-ci il, ¹12, maddə 702; 2004-cü il, ¹7, maddə 505; 2006-cı il, ¹2, maddə 66, ¹11, maddə 923, ¹12, maddələr 1005, 1006; 2007-ci il, ¹1, maddə 4, ¹8, maddə 745, ¹11, maddə 1053, ¹12, maddə 1218; 2008-ci il, ¹7, maddə 602; 2010-cu il, ¹2, maddə 70, ¹3, maddə 171; ¹7, maddə 578) 104.1-ci, 104.2-ci, 106.3-cü və 106.5-ci maddələrində ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 5 iyul.- S. 5.