Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 251, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276; ¹ 7, maddə 591) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 76.6.1-ci maddədə “yerinə yetirməkdən” sözlərindən sonra “mütəmadi, yaxud” sözləri əlavə edilsin.

2. 287-ci maddədə “məhkəmə nəzarətçisinin, məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilsin.

3. 288.2-ci maddədə “məhkəmə nəzarətçisi, məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin.

4. 301.1-ci maddədə “məhkəmə nəzarətçiləri, məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 6 iyul.- S. 5.