“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 18, maddə 243; 1995-ci il, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 385, ¹ 6, maddə 493; 1998-ci il, ¹ 2, maddə 70; 2000-ci il, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə 674; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 7, maddə 505; 2005-ci il, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 3, maddə 219, ¹ 4, maddə 319, ¹ 11, maddə 933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddə 886; 2009-cu il, ¹ 7, maddə 519; 2010-cu il, ¹ 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.”.

2. 12-cı maddənin səkkizinci hissəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

“5) məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. ”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 7 iyul.- S. 1.