Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 583; 2001-ci il, ¹7, maddə 454, ¹9, maddə 576, ¹12, maddə 734; 2002-ci il, ¹5, maddə 249, ¹12, maddə 707; 2003-cü il, ¹8, maddə 425, ¹12, I kitab, maddə 671; 2004-cü il, ¹1, maddə 1, ¹11, maddə 887, ¹12, maddə 980; 2005-ci il, ¹2, maddə 61, ¹8, maddə 688, ¹12, maddə 1081; 2006-cı il, ¹12, maddələr 1005, 1026; 2007-ci il, ¹1, maddə 4, ¹6, maddə 596, ¹12, maddə 1192; 2009-cu il, ¹7, maddə 506; 2011-ci il, ¹1, maddə 14) 90-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 90.3-cü maddədə:

1.1. mətn üzrə ismin müvafiq hallarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin;

1.2. ikinci abzasdan “hərracda” sözü çıxarılsın;

1.3. 90.3.24-cü maddədə “məhkəmə icraçılarının” sözləri “icra məmurlarının” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 90.3-1-ci maddə əlavə edilsin:

“90.3-1. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satıla bilər.”.

3. 90.4-cü maddənin ikinci abzasından “hərracda” sözü çıxarılsın, həmin abzasda “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il.

 

Azərbaycan.-2011.- 7 iyul.- S.2.