Ermənistan Azərbaycanla hərb cəbhəsində üz-üzə gəlsə, darmadağın ediləcək

 

 Ölkəmizin iqtisadi baxımdan inkişafının məntiqi nəticəsi olaraq son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika ilə təchiz edilən, vətənin müdafiəsinə daim hazır olan, yüksək intizama malik quruma çevrilib. Sürətlə güclənən və modernləşən ordumuzu hətta keçən illə belə, müqayisə etmək çətindir. Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçirilən təntənəli hərbi paradı ordumuzun hərbi potensialını, döyüş imkanlarını növbəti dəfə nümayiş etdirdi.

Müsahibimiz Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı da söhbətə ölkəmizdə həyata keçirilən ordu quruculuğu barədə təəssüratlarını bölüşməklə başladı:

- Azərbaycanda ordu quruculuğu sahəsində irəliləyiş Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra başlayır. Ulu öndərin əsasını qoyduğu Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bölgənin ən güclü ordusuna çevrilib. Maliyyə imkanlarımızın artması nəticəsində silahlı qüvvələrimizin gücü və qüdrəti xeyli dərəcədə artıb, bütün qoşun növlərinin hərbi-texniki təchizatı üçün ciddi addımlar atılıb. Həmçinin ordunun şəxsi heyətinin sosial təminat məsələlərində mühüm işlər görülüb. Fərəhlisi odur ki, Azərbaycan Cənubi Qafqazda silahlı qüvvələrini daxili imkanları hesabına hərbi texnikasilah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Çünki bu gün Azərbaycanda son illərdə formalaşandinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Ona görə biz xarici ölkələrdən buya digər hərbi texnika, avadanlıq, sursat almadan, öz zavodlarımızda istehsal etdiyimiz hərbi təyinatlı məhsullarla ordumzu əhəmiyyətli dərəcədə təchiz edə bilirik. Əlbəttə, bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın iqtisadi tərəqqisinin və iqtisadi qüdrətinin göstəricisidir.

Bu mənada təntənəli hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin vəziyyəti, keyfiyyəti bir daha ictimaiyyətə təqdim edildi. Göstərildi ki, ordumuz demək olar ki, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya standartlarına uyğun müasir ordu sistemi yaradılıb. Silah təchizatında, qeyd etdiyim kimi, ciddi addımlar atılıb. Bir sıra ölkələrin arzuladığı müasir silahlar artıq Azərbaycan ordusunun cəbbəxanasına daxil edilib. Hər kəs gördü ki, Azərbaycan həm quruda, həm havada düşmənlə mübarizə aparmaq üçün ən müasir silahlara malikdir.

- Hərbi paradın siyasi baxımdan əhəmiyyətini necə dəyərləndirirsiniz?

-Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci və ordumuzun yaranmasının 93-cü ildönümünə həsr olunmuş təntənəli hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin müasir vəziyyətini bir daha bütün dünyaya göstərmək üçün siyasi baxımdan olduqca əhəmiyyətli bir hadisə idi. Bu paradı yalnız Azərbaycanda deyil, eyni zamanda, xarici ölkələrdə də izləyiblər. Ona görə də paradla əlaqədar rəylərə diqqət yetirdikdə onun böyük əks-səda doğurduğunu görməkdəyik. İyunun 26-da Azərbaycanda keçirilən parad Ermənistanın da diqqət mərkəzində olub. Hətta Ermənistan Prezidenti bu paradla bağlı fikrini söyləyərkən "Bakı möhtəşəm bir hərbi parad keçirdi" - deyərək öz emosiyalarını gizlədə bilməyib.

Paradın ən diqqəti çəkən məqamlarından biri Prezident İlham Əliyevin çıxışı idi. Dövlət başçısı nitqində ordu quruculuğunda əldə etdiyimiz uğurlara toxundu, ordumuzun keyfiyyət dəyişiklikləri barədə danışdı. Həmçinin dövlət başçısı silahlı qüvvələrlə cəmiyyət arasında güclü vəhdətin olduğunu, xalqın öz ordusuna hərtərəfli dəstək verdiyini, ölkəmizdə hərbi vətənpərvərlik işinin yüksək səviyyədə qurulduğunu bildirdi. Prezident İlham Əliyevin çıxışında o da bəyan edildi ki, ölkəmizin istiqlalı, azadlığı, müstəqilliyi uğrunda şəhid olan insanların qanı yerdə qalmayacaq. Dövlət başçısının bu nitqi Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmini daha da yüksəltmək baxımından olduqca qiymətlidir.

- Belə qənaətə gəlmək olarmı ki, bu parad Azərbaycanın Ermənistan üzərində həm də mənəvi-psixoloji üstünlüyünün nümayişi idi?

- Azərbaycanda ordu quruculuğunda əldə etdiyimiz nailiyyətlər təbii ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinə öz təsirini göstərir. Bu gün düşmən torpaqlarımızı müvəqqəti olaraq işğal altında saxlasa da, müəyyən dairələrin himayəsi ilə təcavüzkar siyasətini davam etdirsə də, Azərbaycanın sürətli iqtisadi inkişafı, ordumuzun güclənməsi Ermənistanı danışıqlarda nəticə etibarilə ölkəmiz tərəfindən irəli sürülən ədalətli mövqeyə qayıtmağa məcbur edəcəkdir. Ədalət, hüquq, güc Azərbaycanın tərəfindədir. Beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdədir. Belə olan şəraitdə Ermənistan Qarabağ məsələsi ilə bağlı danışıqlarda gec-tez bizim qanuni və ədalətli şərtlərimizi qəbul etmək məcburiyyətində qalacaq.

Təbii ki, Ermənistanı ədalətli sülhə məcbur etmək üçün güclü orduyaiqtisadiyyata, milli birliyə, sabitliyə nail olmaq vacib idi. Azərbaycan bu gün bütün bunlara nail olub. Respublikamız güclü iqtisadiyyata, milli birliyə, sabitliyə və qüdrətli orduya malikdir. Bu şərtlər Azərbaycanın Ermənistan üzərində həm də mənəvi, psixolojisiyasi üstünlüyünü göstərməkdədir. Azərbaycanın bu üstünlüyü Ermənistanı iqtisadi və hərbi cəhətdən taqətdən salmağa yönələn siyasətin nəticəsidir. Düşmən taqətdən salınmaqdadır və hərb meydanında bizimlə üz-üzə gəlməyə qadir deyil. Son paradın nəticələri, nümayiş etdirilən hərbi güc göstərdi ki, düşmən Ermənistan Azərbaycanla hərb cəbhəsində üz-üzə gəlsə, tamamilə darmadağın ediləcək. Lakin biz bilirik ki, dünyada geopolitika deyilən bir anlayış var. Bu geopolitik maraqlar anlayışı çərçivəsində bəzi dairələr hələ Ermənistanı öz yedəyində aparmaqdadır. Lakin gec-tez həmin dairələr Ermənistanı öz yedəyindən kənara atacaq. Biz həmin günü görəcəyik. Keçirilən hərbi parad da bu yöndə atılan addımlardan biridir.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-7 iyul.- S.  6.