Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə 

 

Hörmətli Dmitri Anatolyeviç!

"Bulqariya" teploxodunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.1.