Azərbaycanlı alimlər Rusiyada "Gənc filosof məktəbi"ndə iştirak etmişlər

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə elmləri namizədi Roida Rzayeva və digər alimlərdən ibarət Azərbaycan nümayəndə heyəti Rusiyada MDB ölkələrinin fəlsəfə üzrə tələbə, aspirant, tədqiqatçı və müəllimlərin iştirakı ilə keçirilən "Gənc filosof məktəbi"ndə iştirak etmişlər.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən tədbirdə alimlərimizin məruzələri böyük maraqla qarşılanmışdır.

Tədbirin materialları kitab şəklində dərc olunacaqdır.

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.11.