Səfər başa çatdı

 

Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçin Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 8-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçi hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər yola saldılar.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.2.