Monteneqronun Prezidenti zati-aliləricənab Filip Vuyanoviçə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.1.