Fransa Respublikasının Prezidenti zati-aliləri cənab Nikola Sarkoziyə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz dost ölkələrimiz arasında bərqərar olmuş çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi, mədəni humanitar sahələrdə sıx əməkdaşlığımız ilə müşayiət olunur.

Bu gün Azərbaycan-Fransa əməkdaşlığı, həmçinin çoxtərəfli qaydada inkişaf etməkdədir. Beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində birgə işimiz ölkələrimiz arasındakı münasibətlərin dolğunluğunu təmin edən amillərdəndir.

Biz eyni zamanda xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Fransa xalqına əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 14 iyul.- S.1.