Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

 

Hörmətli cənab Prezident!

Qardaşınız Əhməd Vali Kərzainin qətli xəbərindən son dərəcə kədərləndim.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 14 iyul.- S.1.