Uşaq qatilləri məsum qanı tökməkdən usanmır

 

Onları haqlı olaraq mələklər, Yer üzünün ən sevimli varlıqları adlandırırlar. Dahi Dostoyevski isə uşaqları dünyanın ən böyük səadəti sayır. Onlarsız həyatın sevinci, insanlığın gələcəyi yoxdur! Dünyanın hər zaman ən məsum, günahsız varlıqları də məhz uşaqlar olub. Hər bir ailənin xoşbəxtlik timsalı, dünyanın sülh rəmzi yenə onlardır. Amma bu xoşbəxtliyə göz qırpmadan qıyanlar, dünyanın sülh rəmzinə qanlı əllərini tərəddüd etmədən uzadanlar da var! İnsan adını daşımağa layiq olmayan bu cür bədxahlar balaca mələkləri - uşaqları həyat eşqini, sevincini, kədərini duymadan işıqlı dünyaya həsrət qoymaqla, bu məsumları qətlə yetirməklə təkcə insanlığa yox, Tanrıya qarşı da çıxmış olurlar! Necə ki, yalnız bioloji baxımdan insan adı daşımağa layiq olan ermənilər bunu edir.

Dünyanın ən qəddar yırtıcıları belə uşaqlarla xislətlərinə uyğun olmayaraq mülayim davranır. Az olub ki, dünyanın keçilməz cəngəlliklərində ən qəddar yırtıcı belə rastlaşdığı uşağı parçalamaq əvəzinə, ölümdən xilas edib, südü ilə böyüdüb? Amma ən vəhşi heyvanlarda olan bu nəcibliyə damarında erməni faşistlərinin qanı axan kəsdə rast gəlmək mümkün deyil! Onlar daha çox azərbaycanlı uşaqları qətlə yetirməyə, bunun üçün ən ağlagəlməz hiylələrdən istifadə etməyə can atırlar. Təəssüf ki, müəyyən hallarda istəklərinə də çatırlar! Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində olduğu kimi.

Ən çirkin, mənfur adları daşımağa layiq olan erməni cəlladlarının amansızlığı, iblisliyi, alçaqlığı burada daha bir 13 yaşlı uşağın həyatına son qoyub! Ermənilərin əl işi olan partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib. Onu da qeyd edək ki, Şahmalıyevlər ailəsi Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Ailə üzvləri Əlibəyli kəndinə qohumlarının yanına qonaq gəliblər. Amma bu səfər mənfurlara görə belə bir faciənin yaşanması ilə ömür boyu balaca Aygünün valideynlərinin, yaxınlarının yaddaşında dəhşət və qanlı bir olay kimi qalacaq. Onları hər zaman bu sual düşündürəcək, ağrıdacaq ki axı bu məsum qızcığazın günahı nə idi? Axı o kiməsə, hətta onu qətlə yetirən erməni murdarlarına heç bir pislik etməmişdir! Amma həmin rəzillər balaca, məsum bir uşağın həyat işığını söndürməkdən çəkinmədilər. Uşaq qatili olmaqları ilə heç şübhəsiz ki, əvvəlki kimi öyündülər, halay vurdular! Görəsən, bu xislət daşıyıcılarına hansı ad qoymaq mümkündür? Çünki onlar dünyanın ən aşağılayıcı sözlərinə belə layiq deyillər.

Ermənilərin yeni qaydada uşaq qatilinə çevrilmələri əslində təzə hadisə də deyil. Xatırlatmaq yerinə düşərdi ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Bir Allah bilir ki, ermənilər indiyə kimi nə qədər içinə bomba yerləşdirilmiş uşaq oyuncaqları hazırlayaraq çaylarımıza axıdıblar. Nə yaxşı ki, onların hamısı nəzərdə tutulan bədxah niyyətin reallaşmasına gətirib çıxarmayıb. Amma yazıqlar ki, bu yolla erməni cəlladları bəzən gələcəyimiz olan uşaqların qətlinə müyəssər olurlar!

Uşaqların bu formada qətlə yetirilməsi isə ermənilərin körpələri bilərəkdən hədəfə almasının ən bariz sübutudur. Çünki bu bədxahlar da bilir ki, oyuncağa böyük yox, məhz uşaq maraq göstərəcək. Məhz uşaq düşünmədən, içində ölüm gizlənən hansısa oyuncaqda olan təhlükəyə varmadan onu götürəcək! Budur alçaq erməni xisləti! Budur erməni mənfurluğu! Budur erməni mənəviyyatsızlığı! Budur erməninin üzü! Budur erməninin əsl mahiyyəti!

Erməni vandalizminin, vəhşiliyinin hədəfində uşaqların xüsusi yer almasını göstərən daha bir faktın tarixi isə çox da uzağı əhatə etmir. Bu ilin martın 8-də cəbhə xətti yaxınlığında yerləşən Orta Qərvənd kənd sakini Fariz Bədəlov da erməni cəlladının gülləsinə tuş gəldi. 9 yaşlı bu uşağı həyətdə oynayarkən erməni snayperi tərəddüd etmədən başından güllələdi. Özü də qarşısındakının məsum bir uşaq olduğunu bilə-bilə! Erməni qatili snayperinin optik nişangahı ilə əslində çox aydın şəkildə hədəfinin uşaq olduğunu görürdü. Amma bu, onun silahının tətiyini çəkməsinə mane olmadı! Açdığı atəş daha bir insanlıq gülünü açmadan soldurdu!

Baş verən qətllər yenidən tarixi göz önündə canlandırır. Dəfələrlə xalqımıza qarşı soyqırımıları törədən ermənilər hər zaman uşaqları da əsas hədəfləri olaraq görüblər. Özü də böyüklər kimi bu uşaqlar da min bir vəhşiliklə qətlə yetiriliblər. Hətta işıqlı dünyanı görməyən körpələr elə analarının bətnində süngüyə keçiriliblər, süngü ilə yarılaraq çıxarılıblar, diri-diri yandırılıblar, parça-parça edilərək ətlərini, sümüklərini itlərə atıblar. Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycan ərazilərini yağmalamağa başlayanda ermənilər uşaqları eyni qaydada öldürməyə davam ediblər. Onları divarlara mismarlamaqla qətlə yetiriblər, bədən əzalarını kəsməklə necə can vermələrini seyr ediblər, boruların içinə doldurub sonradan həmin boruların hər iki tərəfini qaynaq etməklə ən qəddar şəkildə boğublar, bədənlərinə müxtəlif zəhərli maddələr yeritməklə qətlə yetiriblər, müxtəlif bədən orqanlarını kəsib can bazarına çıxarıblar! Bütün bunların tarix boyu baş verməsi isə uşaq qatili olmağın əslində erməninin genində, kökündə yatdığını göstərir.

Uşaq qətllərinin indidavam etməsi həm də onu göstərir ki, ermənilər Azərbaycan əsgəri qarşısında gücsüz olduqlarından, ondan qorxduqlarından hədəf olaraq körpələri, yeniyetməlik həddinə çatmayanları seçirlər. Ümumiyyətlə, erməni xislətinin ən əlamətdar cizgilərindən biri də hər zaman köməksizə, məsuma, günahsıza əl qaldırmaq olub. Güclünün qarşısından həmişə qorxaq dovşan kimi qaçıblar. Necə ki, Milli Qəhrəman Mübariz İbrahimovun qarşısından qaçdıqları kimi! Mübarizin qarşısında pərən-pərən düşən ermənilər qisaslarını onun cəsədindən almağa çalışdılar. Bunun üçün Mübarizin, Fərid Əhmədovun cəsədini günlərlə saxladılar. Amma bütün mənfurluqlarına, rəzilliklərinə baxmayaraq, nəticədə bu cəsədləri təhvil verməli oldular. Cəsəddən qisas almağa çalışmaq isə yalnız mənfurların, qorxaqların, rəzillərin əməli ola bilər!

Daha bir nüans isə ermənilərin Aygün Şahmalıyevanı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlledici bir mərhələyə yaxınlaşması ərəfəsində qətlə yetirməsidir. İndi bütün dünya Ermənistandan tələb edir ki, işğal siyasətinə son qoysun, Azərbaycanı güc yoluna əl atmağa vadar etməsin. ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya bunun üçün fəallığını əvvəl görünməmiş bir səviyyədə artırıb. Belə bir vaxtda yenidən bir uşağı qətlə yetirməklə ermənilər faktiki olaraq danışıqlar prosesinin pozulmasında maraqlı olduqlarını göstərmiş olurlar. Danışıqların uğursuzluğu üçün uşaq öldürməkdən tutmuş ən müxtəlif təxribatlara gedirlər. Yenidən Azərbaycan ərazilərinə od vururlar. Cəbhə zonasında yaşayan insanları gecə-gündüz atəşə tuturlar. Bununla Ermənistan vəziyyəti getdikcə gərginləşdirir, hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır. Bütün bunların təsadüfi baş verdiyini düşünmək sadəlövhlük olardı. Burada Ermənistan hakimiyyətinin və hərbi rəhbərliyinin rolunun mütləq olduğu gün kimi aydındır. Elə hər şey də bilavasitə onların tapşırığı ilə yerinə yetirilir.

Amma düşmən onu da yaxşı bilməlidir ki, bu, çox davam edə bilməz! Nahaq qan heç vaxt yerdə qalmayacaq! Ədalət mütləq zəfər çalacaq! Azərbaycan lap tezliklə ərazi bütövlüyünü bərpa edəcək. Uşaq qatillərinin ayağı Azərbaycan torpaqlarına bir daha dəyməyəcək!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 15 iyul.- S. 5.