Diaspor fəal insanları ilə güclüdür

 

Həmsöhbətimiz qurultay iştirakçısıdır. Son dövrlərdə mətbuatda, televiziyada onunla bağlı materiallara tez-tez rast gəlmək olur. Xeyli vaxtdır Qırğızıstanda yaşayır, 3 uşaq atasıdır. Paytaxt Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunun rəhbəridir.

1957-ci il mayın 9-da Şəki rayonunun Cuma kəndində doğulub. 1975-1977-ci illərdə Sovet ordusunda əsgəri xidmətdə olub. Əsgərlikdən sonra işləmək oxumaq üçün Orta Asiyaya - Qırğızıstana üz tutub.

1980-1985-ci illərdə Bişkekdə Rus dili Ədəbiyyatının Pedaqogikası İnstitutunda təhsil alıb, 1990-1995-ci illərdə Qırğızıstan Milli Universitetini bitirib.

1989-cu ildə qanlı Fərqanə hadisələri vaxtı qardaş qırğınına son qoymaq üçün əlindən gələni edib, dostları ilə birgə hadisə yerinə gələrək xeyli türkü ölümdən qurtarıb. Bütün bunlartürk dünyasında baş verən digər hadisələr onun yaddaşına möhkəm təsir edib, millətini, xalqını sevən bir vətəndaş kimi formalaşmasında böyük rol oynayıb. Bunun ardınca 2004-cü ildə Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunu yaradıb.

Həmsöhbətimiz fondun rəhbəri, Dünya azərbaycanlılarının III qurultayının nümayəndəsi, Bişkekdə yaşayan azərbaycanlılar arasında xüsusi fəallığı ilə seçilən Nüsrət Musa oğlu Məmmədovdur.

- Türkdilli dövlətlərin siyasətinə Dəstək Fondunun qarşısındakı əsas vəzifə türkdilli xalqların dahi şəxsiyyətlərini tanıtmaq, onların tarixini, ədəbiyyatını, musiqisini təbliğ etmək, mümkün vasitələrdən istifadə etməklə bir-birinə daha da yaxınlaşdırmaqdir. İlk dəfə 2007-ci il iyulun 23-də Bişkekdə "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" mövzusunda beynəlxalq elmi-nəzəri konfransın keçirilməsinə nail olduq.

Həmin il dekabrın 12-də Alma-tıda II konfrans uğurla başa çatdı. Azərbaycanda da, Orta Asiyanın türk respublikalarında da bu konfrans yüksək qiymətləndirildi, ilin vacib hadisəsi elan olundu.

2008-ci il aprelin 11-də belə bir konfransı doğma Bakıda keçirdik. Növbəti illərdə bu konfransların Türkiyədə, Özbəkistanda da keçirilməsini nəzərdə tutmuşuq. Fəaliyyət dairəmiz çox genişdir. Azərbaycanda keçirilən bütün tədbirlərə dərhal reaksiya verir, onların Qırğızıstanda da təşkilinə çalışırıq. Bunların arasında 2008-ci ildə ulu öndərin 85 illiyinə həsr olunmuş tədbirləri xüsusi olaraq qeyd etmək istərdim. Bu, qardaş respublikanın həyatında xoş bir hadisə olmaqla yanaşı, inanıram ki, hələ uzun müddət yaddaşlarda qalacaqdır. Elə həmin vaxtlar böyük ədibimiz Mir Cəlalın seçilmiş əsərlərini nəfis şəkildə çap etdik. Qeyd etmək istərdim ki, onun xatirəsinə həsr olunan tədbirlərdə hətta türk dünyasının böyük oğlu Çingiz Aytmatov da iştirak edirdi.

Dünya şöhrətli Çingiz Aytmatovla Nüsrət Məmmədovun münasibətlərinin tarixi çox genişdir. 2008-ci ildə onun Azərbaycana səfərinin təşkilatçısı Nüsrət Məmmədov idi. O günləri belə xatırlayır:

- 2008-ci il "Çingiz Aytmatov ili" elan olunmuşdu. Onunla Moskvada görüşüb birlikdə Bakıya uçduq. Xocalı hadisələrinin ildönümü idi, birlikdə Xocalı abidəsinin önünə gül dəstələri qoyduq. Sonra ölkə başçısı bizi qəbul etdi, türk dünyasının yaxınlaşmasındakı xüsusi xidmətlərinə görə Çingiz Aytmatov "Dostluq" ordeninə layiq görüldü. Həmin il böyük yazıçı Bakıdan getdikdən sonra dünyasını dəyişdi, amma qırğızlarda olduğu kimi, azərbaycanlılar arasında da onun nüfuzu yenə böyükdür, xatirəsi həmişə anılır, kitabları əvvəlki həvəslə oxunur. Azərbaycan Yazıçılar Birliyinin onun həyat yaradıcılığı ilə əlaqədar hazırladığı bir kitabı da qırğız dilinə çevirib yaxınlarda nəşr etmək niyyətindəyik. Kitab belə adlanacaq: "Çingiz Aytmatov: Mən Manas oğluyam".

N.Məmmədov Azərbaycan tarixindən, mədəniyyətindən bəhs edən, ayrı-ayrı böyük şəxsiyyətlərə həsr olunan, şəxsi vəsaiti hesabına çap olunaraq müxtəlif dillərdə yayılan kitabları bizə göstərərək məlumat verir:

- Üst-üstə 27-dən artıq belə kitab buraxmışıq. Onların arasında "Dünya siyasətinin zirvəsini fəth edənlər" adlı iki cildlik xüsusilə fərqlənir. Bu kitablarda ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev onların Azərbaycanın inkişafındakı xidmətləri ilə bərabər Azərbaycan xalqı, onun keçib gəldiyi tarixi yol maraqlı bir dillə oxuculara təqdim olunur. Birinci cild Qırğızıstanın xalq yazıçısı, türk dünyasının fəxri Çingiz Aytmatovun ulu öndər haqqında fikirləri ilə başlayır: "Heydər Əliyev XX əsrin görkəmli lideri olmaqla bərabər müasir, demokratik Avrasiyanın qurucuları sırasındadır". Həmin silsilədən Qafar Əliyevin "Müasir Azərbaycanın banisi, xilaskarı qurucusu" kitabını, eləcə "Prezident İlham Əliyev" kitabının birinci cildini 2011-ci ildə nəfis tərtibatla nəşr etmişik.

Ölkə başçısı son illər hamını - ziyalıları da, diaspor nümayəndələrini , diplomatik korpusun təmsilçilərini ermənilərə təzyiqləri artırmağı, hücum siyasətinə keçməyi tövsiyə edir. Bunu əsas götürərək 2008-ci ildə akademik Ramiz Mehdiyevin "Azərbaycana qarşı soyqırımı", 2009-cu ildə "Ermənilərin Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair tarixi faktlar" 2010-cu ildə Gültəkin Nəcəflinin "Azərbaycan XVIII-XIX əsrlərdə" kitablarının müxtəlif dillərdə nəşrinə nail olmuşuq. Onların arasında dahi Nizami Gəncəvinin "Yeddi gözəl"i, Bəxtiyar Vahabzadənin qazax, qırğız, rus ingilis dillərində "Gülüstan" poeması, "Biz bir gəminin yolçularıyıq" kitabları da var. "Qsmanlı tarixi" kitabı da artıq nəşrə hazırdır.

Həmyerlimiz deyir ki, Qırğızıstanda 16 mindən artıq azərbaycanlı yaşayır. Onların burada yerləşməsi müxtəlif illərə təsadüf etsə , hamısının qəlbi Azərbaycanla bir döyünür. Adət-ənənəmizi nəinki qoruyub saxlamağa, həm onu yaşadığımız yerlərdə yaymağa, təbliğ etməyə çalışırıq. Bişkekdə Heydər Əliyev guşəsində Azərbaycanla bağlı hər desən tapmaq olar. Eyni zamanda, Azərbaycanla bağlı məlumat almaq istəyən hər kəs pulsuz olaraq internet xidmətimizdən istifadə edə bilər.

Ümumilikdə, hər yerdə olduğu kimi, Qırğızıstanda da diaspor fəaliyyəti günü-gündən vüsət almaqdadır. Qurultay nümayəndəsi kimi Bakıda tədbirlərə qatılan N.Məmmədov Prezident sərəncamı ilə təltif olunan bir qrup diaspor fəalının arasındadır. Ona Vətəndən uzaqdakı səmərəli işinə görə "Tərəqqi" medalı verilib. O, eyni zamanda, qurultayda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

"Qurultay həyatımızda silinməz izlər qoydu" - bunu da tezliklə Bişkekə yola düşməyə hazırlaşan həmsöhbətim dedi. Uğurlar olsun!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2011.-17 iyul.- S.3.