Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-16 iyul.-S.1.