Pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 9,8 faiz artmışdır

 

Yanvar-iyun aylarında pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2010-cu ilin eyni dövrünün səviyyəsini 9,8 faiz üstələyərək 7,6 milyard manat olmuşdur.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ümumi artımın 94,7 faizi pərakəndə ticarət müəssisələrinin, 5,3 faizi iaşə müəssisələrinin fəaliyyəti sayəsində yaranmışdır.

Hesabat dövründə pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini orta hesabla ayda 139,5 manat və ya 2010-cu ilin eyni dövründəkindən 22,6 manat çox müxtəlif əmtəə almışdır.

 

 

Azərbaycan.-2011.-16 iyul.-S.1.