Azərbaycan jurnalistikasında çalışanlar peşəkar olmaqla yanaşı, vətənpərvər olmalıdırlar

 

- Ölkədə mətbuatın özü durulaşır. Bunun sırasında, sözün həqiqi mənasında, mətbuat ənənələrini, normalarını yaşadanlar, onu inkişaf etdirənlər, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edənlər ayrı-ayrı qeyri-sağlam məqsədlərlə mətbuata gələnlərdən seçilirlər. Yavaş-yavaş həqiqi mətbuat qeyri-həqiqi mətbuatla sərhəd saxlayır, bu da, sözün həqiqi mənasında, Azərbaycanda milli mətbuatın gələcəyi ilə bağlı optimist fikrə gəlməyə əsas verir.

Son zamanlar mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılıb. Mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub. Buna müvafiq olaraq, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Mətbuat işçilərinə dövlət qayğısı artırılıb. Mətbuatla bağlı ayrı-ayrı illərdə dövlət başçısının sərəncamları imzalanıb. Bütün bunlar mətbuata dövlət dəstəyinin göstəricisidir.

Azərbaycan cəmiyyətində də yavaş-yavaş medianın yaxşını pisdən seçməyi və yaxşı media nümunələrinə dəstək verilməsi, reklam, qəzetlərin alınması kimi sahələrdə irəliləyiş müşahidə olunur.

Bütün bunlardan çıxış edərək demək olar ki, bu gün Azərbaycanda medianın vəziyyəti gündən-günə yaxşılaşır, müstəqil media mövcuddur, söz, mətbuat və məlumat azadlığı bərqərar olub. İstənilən jurnalist istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir.

Elektron informasiya vasitələri ilə bağlı da vəziyyət getdikcə yaxşılaşır. Son zamanlar Azərbaycanda teleradio fəaliyyəti ilə bağlı ciddi irəliləyiş olub. Azərbaycanın həm mərkəzi, həm region televiziyaları, həm də digər elektron KİV-ləri, radiolar, internet televiziya və radioları, internet mediasının fəaliyyəti getdikcə genişlənir. Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur.

Hər bir jurnalist jurnalist olması ilə yanaşı, həm də konkret ölkənin vətəndaşıdır, konkret ölkənin milli-mənəvi dəyərlərinin daşıyıcısıdır, konkret bir ölkənin maraqlarının müdafiəçisidir.

Bu anlamda biz dəfələrlə bu fikri bildirmişikindibu çağırışı edirik ki, Azərbaycan jurnalistləri unutmasınlar ki, onlar Azərbaycanı təmsil edirlər. Unutmasınlar ki, bu ölkənin maddi, mənəvi və sosial problemləri eyni zamanda onların özlərinə aiddir. Bu ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər bir vətəndaş kimi onların özünü və ailəsini də əhatə edir. Jurnalistlər söz və mətbuat azadlığı prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərdikləri zaman eyni zamanda vətənpərvərlik hissini unutmasınlar, ayrı-ayrı ölkələrin Azərbaycanla bağlı qaranlıq məqsədlərinə, qaranlıq fəaliyyətinə dəstək olmasınlar. Biz bu çağırışları etmişik. Keçid dövrü yaşayan ölkələrin əksəriyyətində bu hallar olur, eyni zamanda bizdə də olubvar, görünür ki, gələcəkdə də olacaq. Əsas odur ki, bu tendensiya təşkil etməməlidir, kütləvi şəkildə olmamalıdır. Azərbaycan jurnalistikasında çalışan insanlar peşəkar olduqları kimi vətənpərvər də olmalıdırlar, Vətəni, dövləti sevməlidirlər və onun təəssübünü çəkməlidirlər.

Azərbaycan cəmiyyəti "reket jurnalistika"nı qınağa çəkməlidir. Cəmiyyət "reketçilik"lə, şər, böhtan, təhqirlə məşğul olan mətbuatı qınağa çəkməlidir. İlk növbədə cəmiyyət həmin qəzetləri almamalıdır. Bu qəzetləri almaqdan, oxumaqdan imtina etməlidir. Təsəvvür edin ki, Azərbaycanda elə qəzetlər var ki, həftədə bir dəfə buraxılır və fəaliyyəti yalnız buya digər insanı qaralamaq, onu təhqir etmək, onunla bağlı yalan, böhtan informasiyalar toplamaq, yazmaqo insanı təhdid edərək bu və ya digər şeylərə məcbur etməkdir. Bunlara qəzet deməyə adamın dili də gəlmir. Bununla bağlı son zamanlar Mətbuat Şurası belə qəzetlərlə ciddi mübarizəyə başlayıb və doğru edir. Bu, ictimaiyyətin, cəmiyyətin tələbidir. Demək olar ki, Azərbaycanda çıxan son həftəlik mətbuatın 70-80 faizini ifşa ediblər. Xüsusən "reketlik"lə məşğul olan, ayrı-ayrı insanları təhdid edən, onları şərləyən, böhtan atan qəzetləri ifşa ediblər və bu siyahı da demək olar ki, bütün Azərbaycan ictimaiyyətinə çatıdırılıb. Belələri bundan sonra da olacaqsa, onlara qarşı yenə də mübarizə aparılmalıdır. Təkrar qeyd edirəm, mətbuatın funksiyasını, jurnalistin peşəkarlığını, əxlaq kodeksini pozan bu tipli jurnalistlərə, mətbuat orqanlarına, qəzetlərə aramızda yer olmamalıdır.

Azərbaycanda jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı işlər davam etdirilir, bundan sonra da davam etdiriləcək. Bildiyiniz kimi, keçən il həm fondun xətti ilə, həm də cənab Prezidentin bilavasitə sərəncamı ilə mətbuata birdəfəlik maddi yardım göstərildi. KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə qrantlar ayrıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət addım atır. Gələcəkdə də belə addımlar olacaq. Dövlət jurnalistlərin peşəkarlığını artırmaq, onların peşəkar fəaliyyətini inkişaf etdirmək sahəsində mühüm tədbirlər görür. Xüsusilə jurnalistlərin təcrübələrinin artırılması, təhsili, onların buya digər xarici dilə yiyələnməsi və s. istiqamətində işlər görülür. Qəzetlərin reklam fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlətin çağırışları var. Bu sahə üzrə müəyyən ideyalar var. Fikirləşirik ki, onların maddi vəziyyətlərini yaxşılaşdıraq.

Jurnalistlər üçün tikiləcək bina inşaata hazırdır, bütün sənədləri, inşaat pasportus. hazırdır və bu günlərdə onun inşasına başlanılacaq.

O evlər Azərbaycan mediasında ən çox haqqı olanlara veriləcək. Ölkə başçısının tapşırığı bundan ibarətdir. Azərbaycan mediasında ən çox haqqı olan insanlar neçə illərdir ki, fəaliyyət göstərirlər, neçə illərdir ki, sözün həqiqi mənasında, jurnalistikanın inkişafı üçün lazımi işləri görüblər, birinci növbədə onlarsonra ciddi ehtiyacı olanlar evlə təmin ediləcək.

 

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 3.