Prezident İlham Əliyev
Bakının Nərimanov rayonunda Dədə Qorqud
parkının salındığı ərazidə
olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da
Bakının Nərimanov rayonunda Dədə Qorqud
parkının salındığı ərazidə
olmuşdur.
Məlumat
verildi ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində
7,5 hektarlıq bu ərazidə "Dədə Qorqud heykəli
və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik
kompleksinin yaradılması haqqında" fərman
imzalamışdı. Prezident İlham Əliyevin göstərişi
ilə Bakı şəhərində parkların və
xiyabanların əsaslı şəkildə yenidən
qurulması və abadlaşdırılması ilə
bağlı ardıcıl tədbirlər görülür.
Dövlət başçısının "Azərbaycan
Respublikasındakı monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və memarlıq kompleksləri haqqında"
2007-ci il 2 aprel tarixli sərəncamı ilə Nazirlər
Kabinetinə həmin fərmanın icrasını təmin etmək
üçün müvafiq tədbirlər görmək
tapşırılmışdı.
Prezident
İlham Əliyev ərazidəki mövcud vəziyyətlə
yaxından tanış oldu. Dövlətimizin
başçısının tapşırıqlarına uyğun
olaraq, burada əsaslı yenidənqurma və
abadlaşdırma işləri aparılacaq, paytaxt sakinlərinin
istirahəti üçün lazım olan şərait
yaradılacaqdır.
Prezident
İlham Əliyev parkda yenidənqurma işlərinin yüksək
səviyyədə aparılması və burada Dədə
Qorqudun abidəsinin ucaldılması barədə ulu öndər
Heydər Əliyevin imzaladığı fərmanın
icrası ilə bağlı müvafiq göstərişlərini
verdi.
AzərTAc
Azərbaycan.-
2011.- 20 iyul.- S.2.