Belçikanın Kralı əlahəzrət II Albertə

 

Əlahəzrət!

Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı münasibətlərin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2011-ci il

 

Azərbaycan.-2011.-21 iyul.-S.1.