Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova

 

Hörmətli İslam Abduqəniyeviç!

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 iyul 2011-ci il

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.1.