Türkiyə Prezidenti Abdullah Gül Qafqaz Müsəlmanları İdarəsinin sədrini qəbul etmişdir

 

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Diyanət İşləri Başqanlığının dəvəti ilə Türkiyədə səfərdədir. Türkiyə Prezidenti Abdullah Gül İstanbuldakı Tarabya sarayında Allahşükür Paşazadəni qəbul etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Abdullah Gülə çatdırmış, Ankarada keçirdiyi görüşlər haqqında məlumat vermişdir.

Abdullah Gül öz növbəsində onun səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir. O, Azərbaycan ilə Türkiyənin dini idarələri və din xadimləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Qəbulda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak etmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.2.