Ağsu intibahının

yeni mərhələsini yaşayır

 

Yayın qızmar günlərindən birində yolumuz Ağsu rayonuna düşdü. Ağsu aşırımını yarı eləyəndən sonra gözəl təbiət mənzərələrini başqa görüntülər əvəz edir - günü-gündən daha da abadlaşan Ağsu şəhəri elə uzaqdan adamın diqqətini çəkir. Şəhərin girişində əzəmətlə dalğalanan dövlət bayrağı şəhərə xüsusi bir yaraşıq verir.

Aşırım başa çatır, qərara gəlirik ki, şəhərə bu dəfə Göyçay istiqamətindən daxil olaq. Çünki Ağsu şəhərinin bu hissəsində xeyli vaxtdır bir neçə obyektin tikintisi gedir. Burada işlər böyük vüsət alıb. İlk baş çəkdiyimiz tikinti 3 min yerlik şəhər stadionu oldu. Əraziyə daxil olanda Ağsu RİH başçısı Ənvər Seyidəliyevi icraçısı və bir neçə briqadirlə söhbət edən gördük. Hal-əhval tutub avandlığı arzuladıq. Ə.Seyidəliyev bildirdi ki, son tamamlama işləri də keyfiyyətlə və vaxtında başa çatdırılacaq. Təməlqoyma mərasimində iştirak etmiş Prezident İlham Əliyev bu stadionun Ağsu gənclərinin həyatında mühüm rol oynayacağını xüsusi qeyd edib. Ə.Seyidəliyev onu da bildirdi ki, bu stadiondan əlavə, daha 15-16 obyektdə son tamamlama işləri görülür.

Şəhəri dolaşdıqca yenidənqurma işlərinin daha geniş vüsət aldığının şahidi oluruq. Küçələr genişləndirilir, asfalt döşənir, köhnə hasarların əvəzində yeni və yaraşıqlı daş hasarlar tikilir. Bütün yenidənqurma işlərində milli memarlıq xüsusiyyətləri və müasirlik nəzərə alınır.  ... »»

 

Nəzərli Telman.

 

Azərbaycan.-2011.-24 iyul.-S.3.