Yarımilliyin yekunları inkişafın dinamikasını göstərir

 

Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycan dövlətinə qarşı başladığı məkrli oyun davam edironun yaxın tarixi 20 ildən çoxdur. 1994-cü ildə atəşkəs başladıqdan sonra ara-sıra eşidilən güllə səsləri ilə yanaşı, vasitəçilərin iştirakı ilə danışıqlara start verildi. Danışıqların ilkin mərhələsində müvəqqəti, olsa da, döyüşlərdə uduzmuş, xaricidaxili qüvvələr tərəfindən zəiflədilmiş Azərbaycan vardısa, bu gün şərtlər tamamilə dəyişib. Azərbaycan gündən-günə nə qədər çiçəklənirsə, artıb güclənirsə, erməni tərəfi bir o qədər solur, zəifləyir, iqtisadi-siyasi problemlər içərisində boğulur.

Bütün dövrlərdə Ermənistanda demoqrafik vəziyyət acınacaqlı olub, indiki vəziyyətin ağırlığını isə təsəvvür etmək belə çətindir. Hazırda qonşu ölkədəki miqrasiya prosesləri qarşısıalınmaz xarakter alıb: doğulan az, ölən çox, ölkədən baş götürüb qaçanlarsa minlərlədir!

Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısı Dağlıq Qarabağ münaqişəsi ətrafında son dövrlər seyr edilən fəallığa toxunarkən bütün bunları bir daha qeyd etmişdir: "Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür."

Təəssüflə qeyd etmək lazımdır ki, hələlik vəziyyətin ciddiliyini erməni tərəfi axıradək hiss etməyib. Bəlkə də edib! Əks halda, onların müraciətlərində, söhbətlərində bu qədər əsəbilik və gərginlik duyulmazdı. Xüsusilə son dövrlər vasitəçi dövlətlərin və vasitəçi təşkilatların səylərini durmadan artırması, status-kvonun dəyişməsinə çağırışları erməni hakim dairələrində vəziyyətin daha da gərginləşməsinə, xalqla hakimiyyət arasında uçurumun daha da böyüməsinə gətirib çıxarıb. Necə deyərlər, "aşağıdakılar əvvəlki qaydada yaşamaq istəmir, yuxarılar isə həmişəki kimi idarə edə bilmirlər." İllərdir bir-birini əvəzləyən, nəticəsiz başa çatan danışıqlar, müxtəlif səviyyələrdə qəbul edilən planlar və yerinə yetirilməyən vəzifələr, erməni xislətindən irəli gələn daxili auditoriyaya bir söz, kənardakılara tamam başqa bir söz söyləmək - bütün bunlar qarşı tərəfi dalana gətirib çıxaran səbəb və nəticələrdir. Bunları aradan qaldırmadan, dünyanın ümumi axınına uyğun hərəkət etmədən hansısa dəyişikliyə ümid bəsləmək müşkül məsələdir.

Ölkə başçısı İlham Əliyev ermənilərin hazırkı vəziyyətini olduqca maraqlı və gözəl ifadə edib: "Ermənistan tərəfi isə tam əksini edir...Onlar, əslində, bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. Özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər."

Doğrudan da, Azərbaycanın artan gücü bütün sahələrdə özünü göstərir. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da qeyd edildiyi kimi, təkcə yarım il ərzində ölkəmizin strateji valyuta ehtiyatları 9 milyard dollar artmışdır. Bütövlükdə ölkənin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir ki, bu da Azərbaycanın görünməmiş iqtisadi uğurlarından, dünyada artan nüfuzundan, sabaha inamından xəbər verir.

Sosial məsələlərin, xüsusilə yaşlı və gənc nəslin problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Bütün bunlarla bağlı atılan addımlar da göz önündədir.

Regionların, eləcə də Bakı və Bakıətrafı kəndlərin inkişafı istiqamətində xüsusi proqramlar icra olunmaqdadır. Bu isə həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni yerlərinin açılması deməkdir. Son illər 1 milyona yaxın yeni yerinin açılması da sevindirici haldır.

Bir sözlə, Azərbaycanın uğurları, iqtisadi yüksəlişi, dövlətin hökumətin əzmkarlıqla apardığı islahatlar öz bəhrəsini verməkdədir. Bütün bunlar isə son nəticədə güclü dövlət - güclü vətəndaş, xalq anlamına gəlir.

Qarşı tərəfdə - Ermənistanda isə əks proseslər getdikcə daha da güclənməkdədir. Bunu erməni KİV-lərə nəzər salmaqla da asanca müəyyən etmək olar. Bu yazılarda Azərbaycanın iqtisadi qüdrətinin artmasının, ordusunun NATO standartlarına uyğun qurulmasının, öz silah-sursatının istehsalını genişləndirməsinin erməni mətbuatını, eləcə bütövlükdə erməni cəmiyyətini qədər narahat etdiyi açıq-aydın sezilir. Müharibə başlasa, onları hansı fəlakətin gözlədiyini "erməni qəhrəmanları", "səhra komandirləri", dinc əhalini qırıb-çatanlar, şəhərlərimizi, kəndlərimizi talan edənlər, maddi-mənəvi dəyərlərimizi vəhşicəsinə dağıdanlar yaxşı anlayırlar...

Azərbaycanın hərbi balansla yanaşı, insan potensialının da Ermənistandan qat-qat artıq olması qarşı tərəfdə narahatlıqla ifadə olunur. Bunu erməni müxalifətinin çıxışlarından da sezmək mümkündür. Azərbaycanla hərbi qarşıdurmanın baş verdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində əhalisinin 4 milyon nəfər olduğu vurğulandığı halda, hazırda bu rəqəmin 2 milyon civarında olmasını bu gün erməni siyasətini müəyyənləşdirənlər təəssüflə qeyd edir, bütün vasitələrlə hökuməti miqrasiya proseslərinə müdaxilə etməyə, Ermənistandan baş götürüb qaçanların qarşısını almağa çağırır. Qaçanlar isə, əvvəldə qeyd edildiyi kimi, beş deyil, on deyil, on minlərlədir. Özü qaçanlar təkcə sıravi vətəndaşlar deyil. Vaxtilə oğurluqla, talanla əldə etdiklərini götürüb aradan çıxanlar kifayət qədərdir. Bu isə Ermənistanı yaxınlarda hansı fəlakətin gözlədiyindən xəbər verir. Ermənistan batır. Batan gəmini isə birinci kimlər, axırıncı kimlər tərk edir - hamımız yaxşı bilirik...

 

 

Azərbaycan.-2011.-23 iyul.-S.1.