Bakının zəngin mənəvi sərvətləri

 

 Azərbaycanda ailə və məişət məsələləri bədii, publisistiktarixi əsərlərdə əsas mövzulardan sayılıb. Xalqımızın qədim köklərə malik olması bu məsələnin daim öyrənilməsini zərurətə çevirib. Lakin zaman keçdikcə bu sahədə əldə edilən yeni məlumatlar onun bir daha tədqiqi ehtiyacını ortaya qoyub.

Yüzilliklər boyu xalqımızın yaddaşında, adət-ənənələrində formalaşan və yaşadılan, nəsillərin bir-birinə yadigar etdiyi mənəvi dəyərlərin toplanması və tədqiqi maraqlı olduğu qədər də əhəmiyyətli sayılıb. Bakı təkcə paytaxtya liman şəhəri kimi deyil, eyni zamanda Böyük İpək Yolu üzərində salınmış mədəniyyət mərkəzi kimidaim avropalı səyyahların diqqətini özünə çəkib və xatirələrində öz əksini tapıb.

Azərbaycan xalqının ailə-məişət məsələləri ilə bağlı kifayət qədər yazılsa da, hər dəfə yeni çalarların üzə çıxması onun zənginliyini ortaya qoyur. Professor Nərgiz Quliyevanın rusingilis dillərində çapdan buraxılan "Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti", həmçinin "XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin ailə və ailə məişəti" (Azərbaycan, rus, ingilis dillərində) kitablarında da söhbət məhz adıçəkilən məsələlərdən gedir. "XIX-XX əsrlərdə Bakı şəhər əhalisinin ailə və ailə məişəti" kitabının "Ön söz"ündə deyildiyi kimi, ki, hələ XV əsrdə Şirvanşahlar dövlətinin paytaxtına çevrilmiş Bakıda bir çox tarixi, mədəniyyət abidələri, İçərişəhər kimi qədim yaşayış məntəqəsi var. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü ildə "Bakı şəhərində İçərişəhər tarixi-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı sərəncamda qeyd edilir ki, əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, daşı, Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Xalqımızın olduqca zəngin maddi-mədəniyyət nümunələrini və mənəvi dəyərlərini təcəssüm etdirən İçərişəhərin YUNESKO-nun "Dünya İrs Siyahısı"na salınması da məhz həmin sərəncamda göstərildiyi kimi, bugünkü nəslin üzərinə çox böyükciddi məsuliyyət qoyur.

Azərbaycan xalqının tarixi keçmişi, mədəniyyəti və ailə-məişət məsələlərini öyrənən etnoqraflar, tarixçi alimlərin hər birinin əsərlərində göstərilən zəngin faktlar bir daha bu yerlərin qədim köklərə bağlılığını təsdiqləyir.

Haqqında söz açılan yeni nəşrlərin mühüm əhəmiyyət daşıması birondan ibarətdir ki, burada nəinki Bakı əhalisinin, ümumiyyətlə, xalqımızın məişətinin ayrı-ayrı sahələri, adət və ənənələri, mərasimləri sistemligeniş şəkildə verilir. Kitabların üç dildə nəşr edilməsi onun əhəmiyyətini bir qədər də artırmış olur.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.-2011.-23 iyul.-S.6.