Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 25-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Bronislav Komorovski və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Polşa Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 iyul.- S. 4.