Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

İyulun 27-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşdür.

Görkəmli dövlət xadimiictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 iyul.- S.  2.