Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Türkiyə Respublikasının Baş nazirinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğan və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 28 iyul.- S.  3.