İcra haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007, ¹1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2 maddə 75, ¹ 7 maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

1. preambulada “qeydlərinin” sözündən sonra “, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin” sözləri əlavə edilsin;

2. 6.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edislin və aşağıdakı məzmunda 6.1.9.-cu maddə əlavə edilsin:

“6.1.9. məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi).”;

3. 13.1.4-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.5-ci maddə əlavə edilsin:

“13.1.5.qısamüddətli mühafizə orderi – dərhal.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.