Masallı
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 69 min nəfər
əhalinin yaşadığı 34 yaşayış məntəqəsini
birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 3,5
milyon (üç milyon beş yüz min) manatı Masallı
Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 iyul
2011-ci il
Azərbaycan.- 2011.- 31 iyul.- S. 1.