Goranboyda "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda məşğələlər keçirilir

 

İyulun 30-da Azərbaycan Mətbuat Şurasının (MŞ) və Avropa Şurasının (AŞ) ölkəmizdəki nümayəndəliyinin birgə təşəbbüsü ilə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda məşğələlər keçirilir.

İki gün davam edəcək tədbirdə Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri, eləcə də nazirlik və dövlət komitələrinin mətbuat xidmətlərinin və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərləri iştirak edirlər.

Tədbiri MŞ-nin sədri Əflatun Amaşov açaraq layihənin məqsədi barədə məlumat vermişdir. O bildirmişdir ki, mətbuat xidmətləri ictimaiyyətlə əlaqələr sektorunda mühüm rola malikdirindiki layihə onların işində yarana biləcək problemlərin həlli istiqamətində uğurlu addımdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu cür tədbirlərin cəmiyyət üçün xüsusi önəm daşıdığını bildirmiş, onların müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulamışdır. Sektor müdiri ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ölkə başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı barədə də danışmışdır.

Daha sonra layihə çərçivəsində işgüzar müzakirələrə başlanılmışdır. Müzakirələrdə AŞ-nin ekspertləri Fred GijbelsDevid van der Houvenin "Kampaniyanı necə aparmalı?" və "İnformasiyaya çatmaq haqqında qanunların hüquqi aspektləri" mövzularında məruzələri dinlənilmişdir.

Sonrakı gün isə "Böhranlı vəziyyətlərdə kommunikasiyalar", "Son inkişaflar: kommersiyalaşmayeni medialar", "Mediaictimai informasiya", "Hakimiyyətlə əlaqələr: jurnalistlər üçün kurrikulum" və sair mövzular ətrafında müzakirələr aparılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-31 iyul.- S. 4.