Alim ömrünün biblioqrafiyası

 

"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından akademik Arif Mehdiyevin biblioqrafiyası işıq üzü görmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi 1960-2010-cu illərdə Azərbaycan, rusxarici dillərdə nəşr edilmiş monoqrafiya, elmi sessiya, simpoziumkonfrans materiallarında, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələrini əhatə edir.

Arif Mehdiyevin biblioqrafiyaya salınmış materialları xronoloji qaydada yerləşdirilmişdir. Redaktə etdiyi əsərlər, ixtiralardissertantlara elmi rəhbərliyini əks etdirən bölmələr də var.

Biblioqrafiyada alimin həyatı, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətini əks etdirən qısa oçerk, eləcə də görkəmli elm və mədəniyyət xadimlərinin Arif Mehdiyev haqqında qələmə aldığı yazılar, habelə həyatının əsas tarixləri verilmişdir.

Akademik Arif Paşayev həmkarı haqqında yazır: "Arif Mehdiyevin elmi mühəndislik fəaliyyətinin çoxcəhətliyi, əhatəliyi həm onun elmi təşkilatçılıq bacarığının yüksək olmasından, həm də müasir elmin özünün obyektiv xüsusiyyətlərindən irəli gəlir. Bu gün elmi həyatla, ictimai istehsalla üzvi şəkildə çox bağlıdır... Arif Mehdiyev elmi idrakı, istedadı, elmi təşkilatçılıq bacarığı ilə müasir tələblərə, elmin inkişafındakı mürəkkəbliyə cavab verən alimlərdəndir. O, fəaliyyət göstərdiyi və rəhbərlik etdiyi sahələrdə dünya elminin səviyyəsini və nailiyyətlərini əks etdirməyə çalışmışdır".

Biblioqrafiyanın elektron variantı da hazırlanaraq kitaba daxil edilmişdir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-31 iyul.- S.  6.