"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci bəndinə uyğun olaraq qərara alır:

"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, N 22, maddə 349; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 7, maddə 589) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.".

2. 6-cı maddənin birinci cümləsində "orqanlarının" sözündən sonra "və dövlətə məxsus müəssisələrin" sözləri əlavə edilsin.

3. 17-ci maddənin birinci hissəsində "orqanları" sözündən sonra "və dövlətə məxsus müəssisələr" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 31 iyul.- S. 2.