Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün dünyada çox yüksək elmi texnoloji potensiala malik olan azad demokratik dövlət kimi ilbəil möhkəmlənən Azərbaycanın müstəqillik dönəmində qazandığı hər bir uğura görə biz haqlı olaraq fəxr edirik.

Hörmətli İlham Heydər oğlu, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin layiqli davamçısı kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun əməkdaşlığın möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq firavanlıq diləyirəm.

Səmimi hörmətlə,

 

 

Qurban QURBANOV,

Rusiya Federasiyası Dağıstan Respublikasının

Dərbənd Rayon Administrasiyasının başçısı

 

Azərbaycan.- 2011.- 1  iyun.- S.  2.