YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir

 

YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir.

Bu sözləri mayın 31-də YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin Bakıda keçirilən 18-ci sessiyasının iştirakçısı, Keniyanın Tibbi Araşdırmalar İnstitutu direktorunun müavini Vasunna Monik AzərTAc-a müsahibəsində demişdir.

Keniyalı alim demişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Bakıda təşkili ideyasının reallaşması bu ölkənin beynəlxalq arenada nüfuzunun çox yüksək olduğunu bir daha sübut edir. Qonaq vurğulamışdır ki, tədbirə bir sıra ölkələri və beynəlxalq təşkilatları təmsil edən yüksək səviyyəli nümayəndələr qatılmışlar. Bu isə sessiyanın əhəmiyyətini əyani şəkildə nümayiş etdirir.

Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən V.Monik qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə sahəsində ardıcıl təşəbbüsləri beynəlxalq aləmdə layiqli əks-səda doğurmuşdur.

 

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 3.