ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişdir

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ABŞ-ın dövlət katibi Hillari Klinton 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.

Təbrik bəyanatında H.Klinton bildirmişdir: "Mayın 28-də Respublika Gününü qeyd edən Azərbaycan xalqını Prezident Obama ABŞ xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Bu, zəngin mədəniyyətinizə tarixinizə hörmət ifadə etmək 20 il bundan əvvəl müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı mühüm nailiyyətləri qeyd etmək üçün xüsusi bir imkandır.

Ötən il Bakıya ölkənizə ilk dəfə olaraq etdiyim səfərdən məmnun qalmışdım. Azərbaycanın dinamikası potensialından, Azərbaycan xalqının gücündən mütəəssir olmuşdum.

ABŞ Azərbaycan qarşılıqlı maraqlara hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz bir sıra qlobal çağırışların öhdəsindən gəlmək fürsətlərdən yararlanmaq üçün əməkdaşlıq edirik. Biz regional təhlükəsizliyi sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini genişləndirmək daha da böyük iqtisadi siyasi islahatları təşviq etmək istiqamətində çalışırıq. ABŞ ölkələrimiz arasındakı tərəfdaşlığın gücləndirilməsi işinə sadiq olaraq qalır.

Bu xüsusi gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ona qarşıda dinc firavan bir il diləyirəm".

 

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 4.