Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "Edison" şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də onun üçün ayrılmış iqamətgahda İtaliyanın "Edison" şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Edison" şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 2 iyun.- S. 1.