Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Əs-səlamu aleykum va rəhmətullahi va bərəkatuhu.

Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə, hökumətinizə xalqınıza ən səmimi təbriklərimi ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam.

Ölkələrimiz arasındakı mövcud dostluqdan razıyam, beynəlxalq sahədə ikitərəfli əlaqələrimizin əməkdaşlığımızın möhkəmləndirilməsi işini davam etdirməyi səbirsizliklə gözləyirəm.

Ən xoş arzularla,

 

 

Həssənal BOLKİAH,

Bruneyin Sultanı

 

Azərbaycan.- 2011.- 2 iyun.- S. 1.