Azərbaycan ilə Ermənistan arasında "dondurulmuş münaqişə" qaynamağa başlayır

 

ABŞ-ın nüfuzlu "The New York Times" qəzetinin 1 iyun tarixli nömrəsində "Azərbaycan ilə Ermənistan arasında "dondurulmuş münaqişə" qaynamağa başlayır" sərlövhəli məqalə dərc olunmuşdur. AzərTAc həmin məqaləni təqdim edir.

Xurmayı saçları çiyinlərinə tökülmüş 29 yaşlı qadın gözünü snayper tüfənginin nişangahına sıxaraq virtual ağaclar arasında qaçan virtual əsgərləri hədəfə alır. Qadının ətrafında kurs yoldaşları - tərxis olunmuş əsgər, bığ yeri təzəcə tərləmiş oğlanlar 34 yaşlı hicab geyinmiş rabitə işçisi vardır. Aprel ayında hərbi hazırlıqla bağlı snayper kurslarının təşkil edilməsi təklifi əsl sensasiya doğurdu. Kurslarda məşğul olmaq istəyənlərin sayı gözlənildiyindən üç dəfə çox idi. Bu həvəsi ölkənin gələcəyi haqqında hər gün gedən söhbətlərdə vurğulanan narazılıqla izah etmək olar.

1990-cı illərin əvvəlindən Azərbaycan öz sərhədləri daxilində mövcud olan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etməyə müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıları geri qaytarmağa çalışır. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilmiş həmin ildən etibarən Azərbaycan rəsmiləri beynəlxalq vasitəçilərin səyi ilə Ermənistanla danışıqlar aparırlar. Bu ay tərəflərin Rusiyanın Kazan şəhərində baş tutacaq növbəti görüşü xüsusilə diqqət mərkəzində olacaqdır. Amma bu istiqamətdə uğur əldə edilməsi şansı azdır insanların səbri tükənmişdir.

Dağlıq Qarabağa daxil olmayan, amma Ermənistanın işğalı altındakı 7 rayondan biri Zəngilandan olan snayper kursunun müdavimi 34 yaşlı məcburi köçkün Şəfəq İsmayılova deyir ki, daha 20 il gözləməkdənsə, müharibəyə getsəm yaxşıdır. Onun müharibə haqqında fikrini soruşduğumuz rəfiqəsi, hüquq ixtisası almış Şəfəq Əmrahova isə tərəddüd etmədən deyir: "Müharibə hamı üçün pisdir, lakin bəzən vəziyyət bunu tələb edir".

"Dondurulmuş münaqişə"ləri unutmaq aldadıcıdır. Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestryanı bölgə, habelə Gürcüstanda Abxaziya Cənubi Osetiya əraziləri Sovet İttifaqından qalan ən ağrılı mirasdır. Sovetlər bu ərazilərə yarımçıq dövlətçilik statusu versələr , sonralar ideoloji boşluq şəraitində millətçilik əhval-ruhiyyəsi qızışanda bu status ləğv olunmuşdur. 2008-ci ildə Gürcüstanda baş verən müharibə isə belə münaqişələrin necə sürətlə dəhşətli şəkildə donunun açılmağa başladığını göstərdi. Dağlıq Qarabağ münaqişəsinin donunun açılmamasının bir səbəbi tərəflərdən heç birində müharibəyə başlamaq üçün stimulun olmamasıdır. Ermənistan həmin ərazilərə nəzarət edir, ona görə status-kvonu saxlamaqda maraqlıdır. Azərbaycan irəliləyiş üçün geniş imkanlar görmür. Əslində Azərbaycan Dağlıq Qarabağdan erməni qoşunlarını çox asanlıqla qova bilərdi. Lakin Rusiya Cənubi Osetiyada olduğu kimi, regional müdafiə üzrə müttəfiqi olan Ermənistana da öz ordusunu köməyə göndərə bilər.

Şərait isə tədricən olsa təhlükəli istiqamətdə dəyişir. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar ötən il uğursuzluğa düçar oldu, tərəflər "baza prinsipləri haqqında Saziş"i beş ildir ki, imzalaya bilmir. Hər iki ölkə öz hərbi gücünü fəal surətdə artırır. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, daha zəngin olan Azərbaycan 2003-cü ildən bəri öz müdafiə xərclərini 20 dəfə artırmışdır. Narazılıq güclənir, danışıqlar prosesi ilə bərabər müharibə təhdidləri səslənir.

Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi Əli Həsənov müsahibəsində demişdir ki, Azərbaycan ilə Ermənistan arasında müharibənin bu gün ya sabah başlamayacağına təminat yoxdur. Bizə müharibə yox, dinc yanaşı yaşamaq lazımdır. Bizə dinc inkişaf lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyünü suverenliyini heç əvəz edə bilməz. Lazım gəlsə, biz ərazi bütövlüyümüz uğrunda canımızı da verməyə hazırıq.

Ə.Həsənovun sözlərinə görə, Bakı beynəlxalq vasitəçilərin səylərindən çox məyus olmuşdur. ABŞ, Fransa Rusiya vədlərini yerinə yetirmirlər. ABŞ hesab edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi kimi regional münaqişələrdənsə Əfqanıstan, İraq, habelə Şimali Afrika Avropada raketdən müdafiə sistemləri daha vacibdir.

Bakını hərəkətə sövq edən qüvvələrdən biri 20 ildir ki, evsiz-eşiksiz qalan Qarabağ məcburi köçkünləridir. BMT bəyan edir ki, məcburi köçkünlərin sayı 586 013 nəfərdir bu da Azərbaycan əhalisinin 7 faizini təşkil edir. Bu, dünyada məcburi köçkünlər üzrə ən yüksək faiz göstəricisidir. Yerlərini dəyişən şəxslər üzrə Beynəlxalq Monitorinq Mərkəzi bunu təsdiq edir.

Qaçqınların həyat şəraiti xeyli fərqli olsa da insanların yerləşdirilməsi üçün tədbirlər görülsə Bakı yataqxanalarından birinə baş çəkdiyimiz zaman gördük ki, uşaqlar çox ağır vəziyyətdə böyüyürlər. Keçmiş inzibati binanın bir mərtəbəsində darısqal, rütubətli üfunətli dəhlizin hər iki tərəfində 100-ə qədər məcburi köşkün yaşayır. Məcburi köçkünlər deyirlər ki, beton döşəmədə açılmış üç deşik burada məskunlaşmış 21 ailə üçün ayaqyolu rolunu oynayır. Dəhliz qızdırılmır, sakinlər qışda soyuqdan donur, yayda isə binanın zirzəmisindəki iylənmiş sudan baş qaldıran ağcaqanadlar mərtəbələri bürüyür. "Onlar artıq dözə bilmirlər, onlar müharibə istəyirlər", - bu sözləri məcburi köçkünlərin qonşularından biri - soyadını bildirmək istəməyən 41 yaşlı Cəmilə dedi. "Onlar daha vədlərə inanmırlar". Bu anda bir kişi Cəmilənin qolundan tutaraq kənara çəkir onu ermənipərəst ola biləcək Qərb jurnalistləri ilə danışdığına görə məzəmmət edir. Cəmilə qayıdaraq yenə deyir: "Bizim uşaqlarımız o biri evə baxıb orada adamların yaxşı yaşadıqlarını görüb utanırlar. Yazın ki, bütün bunlara görə lənətə gəlmiş ermənilər günahkardırlar".

Bakılı politoloq Təbib Hüseynov bildirir ki, belə gərgin atmosferdə Dağlıq Qarabağ elə bir məsələyə çevrilmişdir ki, onunla bağlı cəmiyyətdə tam həmrəylik vardır.

Bir neçə il əvvəl Azərbaycana gələn xaricilər burada "Ya Qarabağ, ya ölüm!" adlı rep musiqisini eşidə bilərdilər. Bu musiqidə ABŞ, Rusiya, Türkiyə, İran münaqişəyə göz yummaqda günahlandırılır, bütün dünyanı "ya buna son qoymağa, ya da kənara çəkilməyə" çağırırlar.

Atəşkəs rejiminin pozulması dəhşətli nəticələrə gətirib çıxara bilər. Hər il snayperlər təmas xəttinin hər iki tərəfində təxminən 30 nəfəri öldürürlər. Mart ayında erməni snayperi atəşi nəticəsində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu qətlə yetirmişdir. Ermənistan prezidenti bu qətlin törədilməsində onun qoşunlarının məsuliyyət daşımadığını bildirsə , Azərbaycan televiziya kanalları həlak olan uşağın nakam həyat hekayəti ilə bağlı təsirli verilişlər yayımlamışdır. Bu verilişlərdən birində bildirilmişdir ki, təmas xəttində həmin gün atılan yeganə güllə uşağın düz başına dəymişdir.

Bu hadisə Bakıda hərbi hazırlıq keçən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nümayəndəsi publisist Valid Qardaşlını da təsirləndirmişdir. Cəmiyyət snayper təlimi daxil olan 45 günlük kurs planı işləyib hazırlamışdır. Müdavimlərin yarısına pulsuz təlim verilir.

Qardaşlı deyir: "Biz fikirləşdik ki, isə etməliyik. Biz müharibəyə hazırlaşmırıq. Amma bu zavallı uşağın təqsiri idi? O ki əsgər deyildi. O, sadəcə olaraq mal-qara otarırdı".

Bu kurslar həm Ermənistanda, həm Azərbaycanda kəskin reaksiya doğurmuşdur. Ermənistanda bəziləri bundan hiddətlənmiş, Azərbaycanda isə sərrast atıcı olmaq istəyən çoxlu adam arasından 32 nəfər seçilmişdir. Seçilənlərdən biri, 15 yaşlı yeniyetmə kurslara yazılmasının səbəbini belə izah edir: "Mən Qarabağda vuruşmağa hazırlaşıram". Onun sözlərini eşidən başqa bir müdavim - İsmayılova həyəcanlanır. O da Qarabağ köçkünləri arasında böyümüşdür. O deyir: "Bizim cavanlar daha dəliqanlıdır. Bu cavanlar bütün həyatı boyu gözləyiblər. Biz soyqırımına məruz qalmışıq. Bizə heç kim kömək etmir. Amerika, Rusiya".

 

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 5.