Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti cənab Yozef Blatterə

 

Hörmətli cənab Blatter!

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

2 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 1.