Azərbaycanın mülki aviasiya işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd edirlər.

AzərTAc xəbər verir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi və əməkdaşları peşə bayramları münasibətilə Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 4.