Azərbaycanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri ilə görüşmüşdür

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ştatlara işgüzar səfəri çərçivəsində iyunun 1-də Vaşinqtonda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.