Azərbaycan regional enerji nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır

 

ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 2-də region üzrə tanınmış mütəxəssislər - Brookinqs İnstitutunun ABŞ Avropa Mərkəzinin direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetinin Avropa, Rusiya Avrasiya tədqiqatları üzrə direktor müavini Kory Velt, "Karneqi" Beynəlxalq Sülh Fondunun Rusiya Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşmüşdür.

E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycanda müstəqil siyasət aparılır. Bölgədə aparıcı dövlət olan ölkəmiz regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında ətraflı məlumat vermişdir.

Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırmışdır.

Görüşdə regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.