"Siyasi partiyalar haqqında" qanun layihəsi Venesiya Komissiyasına göndərilib

 

Azərbaycanda neçə müddətdir ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə dəyişikliklərin edilməsi yaxud yeni qanun layihəsinin qəbulu müzakirə edilməkdədir.

Artıq Prezident Administrasiyası tərəfindən "Siyasi partiyalar haqqında" qanun layihəsi rəy verilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilib. Bu barədə "Azadinform"a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, hazırda Venesiya Komissiyası qanun layihəsini öyrənir. Onun sözlərinə görə, sentyabra qədər qanun layihəsinin beynəlxalq təşkilatların iştirakı ilə siyasi partiyalarla birgə ictimai müzakirəsi təşkil olunacaq. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

 

 

Azərbaycan.- 2011.-7 iyun.- S. 3.