Çin parlament nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir

 

İyunun 5-də Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Ümumçin Xalq Nümayəndələri Yığıncağı daimi komitəsi sədrinin müavini Vang Zhaoguo Azərbaycana qeyri - rəsmi səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov digər rəsmi şəxslər qarşılamışlar.

Səfər çərçivəsində V.Zhaoguo Azərbaycanın tarixi-mədəni abidələri ilə tanış olacaqdır. Onun bir sıra görüşləri nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.-7 iyun.- S. 3.