"Dalğa Arena"nın açılış mərasimi keçirildi

 

Mərasimdə FİFA-nın UEFA-nın prezidentləri iştirak etdilər

 

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlərə start verilmişdir. Dünən AFFA tərəfindən Mərdəkan qəsəbəsində inşa olunmuş Futbol Mərkəzində "Dalğa Arena" stadionunun yardımçı meydançanın açılış mərasimi keçirilmişdir. Ölkəmizdə səfərdə olan FİFA-nın UEFA-nın prezidentləri Yozef Blatter Mişel Platini AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birgə mərasimdə iştirak etmişlər.

Beynəlxalq Avropa milli futbol təşkilatlarının rəhbərləri açılışdan sonra stadiona baxış keçirmiş, 17 yaşlı qızlardan ibarət yığma komandamızın üzvləri ilə görüşmüş, onlara 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatında uğurlar arzulamışlar.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S.11.