Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının əhəmiyyətinə toxunularaq hər il Bakıda ənənəvi olaraq yüksək səviyyədə təşkil edilən bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 iyun.- S. 3.